• cümə, 29 Mart, 15:15
  • Baku Bakı 14°C

A seriyası dayandırılsa, Skudetto kimə veriləcək?

10.03.20 11:33 982
A seriyası dayandırılsa, Skudetto kimə veriləcək?
İtaliya çempionatı koronavirusa görə aprelin 3-nə qədər dayandırılıb.
Kaspi.az xəbər verir ki, A seriyasının mövsüm yekunlaşmadan dayandırılması variantı da müzakirə olunur. Maraqlıdır, çempionat dayandırılsa, Skudetto hansı komandaya veriləcək?
Hazırda A seriyasının rəhbərliyi 3 variantı müzakirə edir. Birinci variant - çempionatı yayda davam etdirməkdir. Ancaq bu variant yalnız Avropa çempionatı təxirə salınacağı təqdirdə mümkündür.
İkinci variant – qarşılaşmaları 2-3 gündə n bir keçirmək və İtaliya kubokunun oyunlarını yaya salmaq.
Üçüncü variant – çempionatı tam dayandırmaq. Belə olacağı təqdirdə, hazırda liderlik edən "Yuventus” çempion elan olunmayacaq. Amma avrokuboklarda mübarizə aparacaq komandalar indiki duruma görə müəyyənləşəcək. A seriyasını isə heç bir komanda tərk etməyəcək.
banner

Oxşar Xəbərlər