“Ağ şəhər”də su təchizatı sistemlərinin yenidən qurulmasına 3 milyon manat ayrılıb
Azərbaycan prezidenti İlham Əliyev Bakının "Ağ şəhər” adlanan ərazisində su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, bu məqsədlə "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 3 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
APA-nın məlumatına görə, bu məqsədlə "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 3 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.