• cümə axşamı, 28 mart, 23:37
  • Baku Bakı 13°C

Ağ Ev ictimaipalatka.com saytını bağladı

09.07.13 13:38 2326
Ağ Ev ictimaipalatka.com saytını bağladı
ictimaipalatka.net saytının yaydığı məlumata görə, dünən saat 18:00-dan ictimaipalatka.com saytının fəaliyyəti dayandırılıb.
Sayt bildirib ki, İCAN-a məxsus olan Godady.com-dan ictimaipalatkaya verilən məlumata görə, buna səbəb telefon nömrəsinin yanlışlığı olub. Uzun-uzadı yazışmalara baxmayaraq, bloku aradan qaldırmaq mümkün olmayıb.
"Bununla əlaqədar bəyan edirik ki, ictimaipalatka davamlı şəkildə Azərbaycanda cərəyan edən proseslər, Qərb dairələrinə, dünya sionizminə qulluq edən siyasətçilər haqqında ifşaedici materiallar dərc edib. Bəzi mətbuat orqanları barəmizdə tənqidi və təhqiramiz ifadələr işlətsə də, buna əhəmiyyət verməmişik və Amerika imperialistlərinin, sionizm qullarının işini ifşa etməkdə davam etmişik. Görünür, bizim məlumatlarımızdan, arqumentlərimizdən sarsılan bu dairələr ictimaipalatkanı dayandırmaqdan başqa çıxış yolu tapmayıblar. Biz bunu dünyaya demokratiya dərsi keçən Amerikanın fikir azadlığına əsl münasibəti kimi qəbul edirik.
İctimaipalatka.com bəyan edir ki, onun fəaliyyəti birbaşa Ağ Evin, sionist lobbisinin siyasi sifarişi əsasında dayandırılıb və azad fikrə qarşı ən kobud basqıdır.
”Biz fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik. Heç bir qüvvə bizi haqq işimizdən döndərə bilməz”.
Xatırladaq ki, ictimaipalatka.com və bir neçə digər sayt davamlı şəkildə müxalifətə və onun liderlərinə qarşı tənqidi, təhqiramiz materiallar dərc ediblər. Araşdırmamız zamanı bu saytın sahibini müəyyən etmək mümkün olmadı. Lakin əldə etdiyimiz məlumat onu deməyə əsas verir ki, bu sayt İrandan idarə olunur və Azərbaycandakı qərbyönümlü müxalifəti əsas hədəf seçib.
Bakuinfo.az
banner

Oxşar Xəbərlər