• cümə axşamı, 25 aprel, 06:23
  • Baku Bakı 14°C

Ağ Ev: ABŞ hələ ki, NAFTA-dan çıxmayacaq

27.04.17 09:50 1518
Ağ Ev: ABŞ hələ ki, NAFTA-dan çıxmayacaq
ABŞŞimali Amerika azad ticarət zonasısazişindən(NAFTA)hələ ki, çıxmayacaq.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.
Məlumata əsasən, ABŞ prezidenti Donald Tramp Kanadanın baş naziri Castin Trüdo və Meksikanın prezidenti Enrike Penya Nyeto ilə apardığı telefon danışığı zamanı ölkəsinin NAFTA-nıhələ ki, tərk etməyəcəyini bəyan edib.
"Söhbət zamanı prezident Tramp NAFTA üzrə danışıqların tezliklə, hər üç ölkənin mənafeyinə uyğun olaraq bərpasına çağırıb”, məlumatda deyilir.
Qeyd edək ki, Tramp seçkiqabağı kampaniya dövründə ABŞ-ın Şimali Amerika azad ticarət zonası haqqında sazişdən (NAFTA) çıxacağını vəd edib. ABŞ-ın NAFTA-dan çıxacağı təqdirdə Meksika ixrac rüsumlarının artması səbəbindən milyardlarla dollar ziyan çəkəcək.
banner

Oxşar Xəbərlər