AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

95 milyon manata yaradılan zavodda son sazlama prosesi gedir

95 milyon manata yaradılan zavodda son sazlama prosesi gedir

İqtisadiyyat
08 Aprel 2020, 14:09 191
Sumqayıt Kimya Sənaye Parkında (SKSP) "AzerFloat” QSC-nin şüşə istehsalı zavodunun və "Azərxalça” ASC-nin yunəyrici-boyaq fabrikinin bu ilin ikinci yarısında fəaliyyətə başlaması gözlənilir.
Bunu "Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov deyib.
Onun sözlərinə görə, şüşə istehsalı zavodunda hazırda avadanlığın sazlama prosesi gedir: "Zavodun investisiya dəyəri 95 mln ABŞ dolları təşkil edir”.
N.Talıbov qeyd edib ki, investisiya dəyəri 18 mln ABŞ dolları olan "Azərxalça” ASC-nin yunəyrici-boyaq fabrikində də tikinti işləri bitib, hazırda avadanlığın sazlama prosesi gedir: "Fabrikdə tətbiq edilən texnologiya İtaliya, Türkiyə, Fransaya məxsusdur”.
Xatırladaq ki, bu günə qədər Sumqayıt Kimya Sənaye Parkında 22 sahibkara rezident statusu verilib. Hazırda 14 rezident istər daxili, istərsə də xarici bazarlar üçün məhsul istehsal edir. Sənaye parkına ümumi investisiya qoyuluşu portfeli 3,1 milyard ABŞ dolları məbləğində qiymətləndirilir. Real kapital qoyuluşu isə 2,8 milyard ABŞ dollarıdır. Hazırda burada 5 mindən artıq insan işlə təmin olunub.
 "Report”