• şənbə, 20 Aprel, 15:41
  • Baku Bakı 23°C

8846 nəfər uşaq vaxtından əvvəl birinci sinfə qəbul edilib

12.06.14 16:45 1180
8846 nəfər uşaq vaxtından əvvəl birinci sinfə qəbul edilib
2013-cü il ildə 6 yaşı tamam olmamış xüsusi istedadı ilə seçilən uşaqların vaxtından əvvəl məktəbə qəbulu üzrə yeni qayda qəbul olunub. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Yeni qaydalarla 8846 nəfər uşaq vaxtından əvvəl birinci sinfə qəbul edilib.
Nazirlikdən verilən məlumata görə, 2013-2014-cü dərs ili üçün I, II, IV, V, VI, VIII, IX və X siniflər üçün 146 adda 4,022,150 nüsxə dərslik və dərslik komplektləri çap edilib və yerlərə çatdırılıb.
VI sinif dərslikləri ilk dəfə olaraq kurikulum əsasında hazırlanıb. Digər
dərsliklər isə əvvəlki nəşrlər üzərində redaktə işi aparılmaqla çap olunub. Dərsliklərin seçilmiş məktəblərdə pilot layihə kimi 1 il sınaqdan keçirilməklə tədrisdə istifadəyə verilməsi qərara alınıb. 2014-2015-ci tədris ili üçün VII və VIII siniflərin yeni dərslik
komplektlərinin hazırlanması prosesi davam edir.
banner

Oxşar Xəbərlər