• çərşənbə axşamı, 23 aprel, 20:26
  • Baku Bakı 20°C

6-cı dəfə qalib oldu və etiraf etdi ki...

03.12.19 10:37 491
6-cı dəfə qalib oldu və etiraf etdi ki...
"Barselona”nın futbolçusu Lionel Messi 6-cı dəfə "Qızıl top” mükafatına sahib çıxıb.
Kaspi.az xəbər verir ki, Messi bu mükafatı ən çox qazanan futbolçu olub. İndiyə qədər "Qızıl topu” 5 dəfə Ronaldo və Messi qazanmışdı. Leo hisslərini belə ifadə edib:
"Mənə səs verən bütün jurnalistlərə minnətdarlığımı bildirirəm. "Qızıl top”u ilk dəfə qazandığım günü xatırlayıram. Onda Parisə qardaşımla gəlmişdim.
İndi isə mənim əlimdə 6-cı "Qızıl top” var. Bu, inanılmazdır. Heç vaxt xəyal etməkdən və futbolçu uşaq kimi sevməkdən usanmadım.
Ümid edirəm ki, sizi hələ uzun illər meydanda sevindirə biləcəyəm. Amma yaşın artdığını da hiss edirəm. Sanki hər şey çox sürətlə gedir. Mən artıq getmək vaxtının yaxınlaşdığını etiraf edirəm”.
banner

Oxşar Xəbərlər