• çərşənbə, 17 Aprel, 01:39
  • Baku Bakı 14°C

“47 ronin” filminin təqdimatı keçiriləcək

26.12.13 14:59 1280
“47 ronin” filminin təqdimatı keçiriləcək
Dekabrın 27-də Park Cinema Metro Park-da “47 ronin” filminin premyeradan 5 gün öncə nümayişi keçiriləcək. “47 ronin” haqqında əfsanə roninlərin hökmdarının qətlinə görə hazırlanan və həyata keçirilən qisas planından bəhs edir.
Hökmdarı itirən roninlər ölümə ölümlə qisas almağa söz verirlər. Roninlər bilirdilər ki, buna görə onları edam gözləyir. Məhkəməsiz cəzaya görə məhkəmə qarşısında cavab verən roninlərə adi canilər kimi edam edilmə əvəzinə əsl samuraylara layiq seppuku, yəni intihar ayini keçirməyə icazə verirmişlər. Filmin ssenarisi məhz bu əfsanəyə əsaslanır və premyerası 1 yanvar tarixinə təsadüf edir. Lakin Park Cinema eksklüziv olaraq “47 ronin” filmini premyeradan 5 gün tez nümayiş keçirəcək. 27 dekabr tarixində Park Cinema Metro Park-da xüsusi olaraq əsl kinomanlar üçün yalnız bir seans keçiriləcək.
“47 ronin” filmində rejissor Karl Rinş və ssenaristlər şərq süjeti xətti və qərb ekşn arasındakı balansı ustalıqla saxlaya biliblər. Filmdə baş rolun ifaçısı Kianu Rivzdir. İstehsalçı Amerika janrı qaydalarına zidd olaraq faciəli sonluğu “happy end”-ə dəyişməyib.
Xatırladaq ki, ölkədə ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 16 oktyabr 2010-cu il tarixində fəaliyyətə başlayıb. Hal-hazırda şəbəkə 3 kinoteatr, 13 zal və 2200-dən artıq oturacaq yerlə təqdim olunub. Burada ölkədə ilk dəfə olaraq 3D və HFR formatları təqdim olunub. Şəbəkənin kinoteatrlarında ən son texnologiyalardan istifadə olunub və kinoproyeksiya sahəsində təqdim olunmuş aparıcı brendlərdən olan avadanlıqlar quraşdırılıb. Şəbəkə və repertuar haqqında ətraflı məlumatı www.parkcinema.az saytından və Facebook sosial şəbəkə səhifəsindən http://www.facebook.com/ParkCinema əldə etmək olar.
banner

Oxşar Xəbərlər