AZE | RUS | ENG |

46-cı Beynəlxalq Qahirə Kitab Sərgisi

46-cı Beynəlxalq Qahirə Kitab Sərgisi
46-cı Beynəlxalq Qahirə Kitab Sərgisində ölkəmizi Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi təmsil edirdi. Mərkəzin iki əməkdaşı – ərəb dili mütəxəssisi Şahin Ələsgərov və mən bu mötəbər sərgiyə ezam olunmuşduq.
Ezam olunduğumuz günlərdə Ain Şəms Universitetinin “Ədəbiyyat” fakültəsində olduq, Misir Milli Tərcümə Mərkəzin direktoru Ənvər Muğislə görüşdük, sərginin Fəxri Zalında “Azərbaycan ədəbiyyatı və ədəbi əlaqələr” mövzusunda mühazirə oxuduq.
Dövlət və dövlətçiliyə, Qarabağ həqiqətlərinə, mədəniyyət və ədəbiyyatımıza aid nəşrlər nümayiş etdirilən setendimizdə “Tərcümə Mərkəzinin Kitabları” seriyası, “Xəzər” jurnalının müxtəlif sayları, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çap edilən dəyərli poliqrafiya nümunələri, Milli Kitabxananın sərgi üçün ayırdığı kitablar, “Xalq əmanəti” seriyası, Prezident İlahm Əliyevin sərəcamı ilə nəşr edilən 150 cildlik “Dünya Ədəbiyyatı Kitabxanası” seriyasından nüsxələr, “Azərnəşr”, “Şərq-Qərb”, “Təhsil”, “Hədəf”, “Qələm” və s. nəşriyyatların kitabları yer almışdı.
Ərəb dilli ölkələri vahid dil birləşdirir. Bu səbəbdən də sərgidə daha çox ərəbdilli ölkələr iştirak edirlər. Bu dəfə Fəxri Qonaq Səudiyyə Ərəbistan idi, ancaq Fransa, İtaliya, Rusiya və s. kimi ölkələr də sərgiyə qatılmışdılar.
Sərgi ərazisi həddən artıq böyük idi deyə ayrı-ayrı küçələrə bölünürdü. Bura “kitab şəhərciyi” adlanır. Misir nəşriyyatlarının sayına görə dünyadakı ən öncül ölkədən biri sayılır, təkcə Qahirədə 400-dən çox nəşriyyat-poliqrafiya müəssisəsi fəaliyyət göstərir. Dünyanın ikinci böyük kitab sərgisi sayılan bu sərgiyə hər səhər saat 9-dan etibarən 5 Misir funtuna bilet alan ziyarətçilərin sırası km-lərlə uzanır.
Qeyd edək ki, Azərbaycan növbəti ildə – 47-ci Qahirə Kitab Sərgisində Fəxri Qonağı qismində təmsil olunacaq. Sərgi haqqında geniş yazmıram, elə elə bilirəm əvəzimə şəkillər danışsa, daha yaxşı olar.

Fərid Hüseyn

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9274
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2120
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.6906
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3112