• cümə axşamı, 25 aprel, 23:34
  • Baku Bakı 21°C

44 ton keyfiyyətsiz məhsul məhv edilib

27.03.14 15:50 1280
44 ton keyfiyyətsiz məhsul məhv edilib
“Ötən il mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 44,4 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edib”.
Lent.az-ın məlumatına görə, bunu Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev bildirib. Rəis müavini vurğulayıb ki, istehlakçılar hüquqlarının pozulması halları ilə rastlaşdıqda Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar vasitəsilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat verə bilərlər. “Daxil olmuş müraciətlərə Dövlət Xidməti tərəfindən operativ şəkildə baxılır və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür”.
banner

Oxşar Xəbərlər