• cümə, 19 Aprel, 10:07
  • Baku Bakı 13°C

40 manata görə qətl törədən şəxs: “Boynuna almadı, öldürdüm”

28.09.16 15:52 1280
40 manata görə qətl törədən şəxs: “Boynuna almadı, öldürdüm”
Pirallahıda 40 manata görə qətl törədən Ruslan Şevçunun məhkəməsi keçirilib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Prokuror ittiham aktını elan edib. Ruslan Şevçun ittiham üzrə özünü təqsirli bilib. O, məhkəmədə sərbəst ifadə verib və ifadəsində hadisəni törədən zaman həddən artıq spirtli içki qəbul elədiyini, sərxoş olduğunu etiraf edib: "Aleksandra ana söyüşü söydüm, pulumu götürdüyünü boynuna almadı, mən də öldürdüm”. Proses oktyabrın 5-də davam edəcək.
Qeyd edək ki, hadisə bu il Pirallahı rayonu Dübəndi adlanan yerdə baş verib. Ruslan Şevçun aralarında yaranan münaqişə zəminində Pirallahı rayon Xanlar küçəsində yaşayan 1982-ci il təvəllüdlü Aleksandr Qraçovun ürək nahiyəsinə kəsici-deşici alətlə zərbə endirərək öldürüb. R.Şevçin ilkin ifadəsində Aleksandr Qraçovu onun 40 manat pulunu oğurladığına görə bıçaqladığını deyib.
banner

Oxşar Xəbərlər