AZE | RUS | ENG |


4 rayonun 13 yaşayış məntəqəsində işçilərin əməkhaqqı artırılacaq

4 rayonun 13 yaşayış məntəqəsində işçilərin əməkhaqqı artırılacaq
Hündürlüyə görə işləmək üçün əlverişli olmayan yaşayış məntəqələrinin siyahısı genişlənib

Nazirlər Kabineti "Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” qərarında dəyişikliklər edib.
 
APA-nın məlumatına görə, dəyişikliyə əsasən Goranboy rayonunun Yuxarı Ağcakənd kəndi dəniz səviyyəsindən hündürlüyü 1500 metrdən 2000 metrədək olan yaşayış məntəqələrinin siyahısına daxil edilib.
 
Goranboy rayonunun Erkeç, Mənəşli və Todan kəndləri, Quba rayonunun Afruca, Atuc, Güləzi, Dalaqo, Ruçuq, Ördüc və Xırt kəndləri, Göygöl rayonunun Quşçu kəndi, o cümlədən Yardımlı şəhər ərazisinin Daşkənd hissəsi dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısı salınıb. 




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6836
GBP 1 İngilis funt sterlinqi 2.2469
TRY 1 Türk lirəsi 0.4627
KWD 1 Küveyt dinarı 5.6276
SEK 1 İsveç kronu 0.2089
EUR 1 Avro 2.0063
CHF 1 İsveçrə frankı 1.7339
USD 1 ABŞ dolları 1.7001