• cümə axşamı, 25 aprel, 14:59
  • Baku Bakı 23°C

31 Mart Azərbaycanlıların Soyqırımı günü internet aksiya keçiriləcək

23.03.17 15:26 1710
31 Mart Azərbaycanlıların Soyqırımı günü internet aksiya keçiriləcək
Gənclər üçün Təhsil Mərkəzi 31 Mart Azərbaycanlıların Soyqırımı günü internet aksiya keçirəcək.
Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə Trend-ə bildirib ki, internet aksiya "twitter”də keçiriləcək və martın 27-dən 31-dək olan dövrü əhatə edəcək.
Bütün təbliğat işi #31marchthebloodiestpageofourhistory #Armenianterrorism həştəqləri ilə aparılacaq. Aksiyanın məqsədi Azərbaycan gəncliyi adından dünya ictimaiyyətinə, xüsusilə də, ali təhsil ocaqlarına və beynəlxalq təşkilatlara 31 Mart faciəsi ilə bağlı soyqırım həqiqətləri çatdırmaqdır.
banner

Oxşar Xəbərlər