• cümə, 29 Mart, 10:01
  • Baku Bakı 5°C

29 dərəcə isti olacaq - Proqnoz

25.04.16 13:42 2911
29 dərəcə isti olacaq - Proqnoz
Aprelin 26-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 18-23, Bakıda gecə 10-12, gündüz 20-22 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq.
banner

Oxşar Xəbərlər