• çərşənbə axşamı, 19 mart, 12:33
  • Baku Bakı 8°C

27 sentyabr hadisələri Ermanistanın yeni işğal siyasətinin təzahürüdür

30.09.20 14:00 709
27 sentyabr hadisələri Ermanistanın yeni işğal siyasətinin təzahürüdür
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək təmas xəttində yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Bu təxribat ermənistanın yeni işğal siyasətinin və erməni faşizminin növbəti təzahürüdür. Bu yeni siyasət danışıqlar prosesinin pozulması, status-kvonun təsdiqi, yeni təxribatların yaradılması və Ermənistanda yaradılmış sosial fəlakətin gizlədilməsinə xidmət edir. Bu hərbi təxribata cavab olaraq, hazırda Ali Baş Komandanın göstərişi ilə Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatı keçirir. Uğurlu əks-hücum nəticəsində Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi, strateji əhəmiyyətli yüksəkliklər işğalçılardan azad edilib və Azərbaycan Ordusu düşmənin hərbi mövqelərinə zərbələr endirməkdə davam edir. Tam əminliklə deyə bilərik ki, Azərbaycanda Vətən müharibəsi gedir və Şanlı Azərbaycan Ordusu müstəqillik və qəhrəmanlıq tariximizin ən şanlı səhifələrini yazır.
Ali Baş Komandan, Prezident İlham Əliyevin sentyabrın 27-də xalqa müraciətinı şərh edən, millət vəkili Tamam Cəfərova saytımıza aşıqlamasında belə deyib.
Millət vəkili bildirdi ki, 27 sentyabr təxribatı zamanı da Ermənistanın əsas hədəf kimi yaşayış məntəqələrimizi seçməsi Ermənistan faşizminin eybəcər sifətini göstərir. Çünki dinc əhaliyə qarşı belə qəddarlıq ancaq faşist dövlətlərə aid ola bilər və bu hal birinci dəfə deyil. Son iki gündə erməni təxribatı nəticəsində 10 mülki şəxs həyatını itirib, 30-dan çox şəxs yaralanıb. Azərbaycan məsuliyyətli ölkədir, Azərbaycan mülki əhaliyə atəş açmır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözügedən mövqeyi vəziyyətdən asılı olmayaraq hər zaman qorunulur. 27 sentyabr tarixində baş vermis hadisələr bunun sübutudur.
Millət vəkili bildirb ki, danışıqlar prosesinin pozulması ermənilərin əsas hədəfləri olub və məhz Ermənistanın riyakar, qeyri-konstruktiv və yalançı siyasəti nəticəsində hazırda danışıqlar faktiki olaraq dayanıbdır. Açıq danışıqlardan qaçan Ermənistan hökuməti münaqişə boyunca müxtəlf təxribatlarla danışıqlara əngəl törədib. Son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları sistemli xarakter daşıyır. İyul, avqust və sentyabr aylarında baş vermis Yerevanın hərbi təxribatları regiona təhlükə yaradır və Azərbaycanı hərbi qüvvədən istifadə etməyə təhkir edir. Ermənistanın təxribatları, eyni zamanda, Ermənistan rəhbərliyi tərəfindən verilən qeyei-ciddi , sərsəm bəyanatlarda da öz əksini tapır. Əgər Ermənistanın baş naziri deyirsə ki, "Qarabağ Ermənistandır”, Azərbaycan Ermənistanla yox, qondarma "Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır, onda hansı danışıqlardan söhbət gedə bilər?! Bu təxribat xarakterli bəyanatlar faktiki olaraq danışıqlar prosesinə vurulan böyk zərbə idi və bu danılmaz fakt yalnız bizi deyil, beynəlxalq ictimaiyyəti də düşündürməlidir. Danışıqlar prosesini şübhə altına qoyan rəsmi Yerevan etibarsız və məsuliyyətsiz ölkədir. "Təəssüf ki, ikili standartlar davam edir və 30 ildir ki, beynəlxalq qətnamələr kagız üzərində qalır”, deyə millət vəkili vurğuladı.
Tamam Cəfərova qeyd edib ki, Prezident Cənab İlham Əliyev dəfələrlə, xüsusilə son iki ildə beynəlxalq ictimaiyyətə, son günlərdə isə BMT səviyyəsində, müraciət edərək, Ermənistanın təxribatları, onun yeni işğalçılıq planları, müharibəyə hazırlaşması haqqında məlumat verib və beynəlxalq ictimaiyyəti Erməni faşist dövlətini durdurmağa çağırıb. Amma təəssüf ki, beynəlxalq təşkilatlar və dünya dövlətləri susqunluq göstərdilər. Və Azərbaycan Dövləti işgalçı, təcavüzkar Ernənistanı özü durdurmaq qərarını verdi. Azərbaycan işğal edilmiş torpaqlarını beynəlxalq hüquq çərçivəsində azad etmək, ərazi bütövlüyünü bərpa etmək məqsədilə antiterror əməliyyatına başladı.
Cənab Prezidentin dediyi kimi, "Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, biz bu məsələni elə həll etməliyik ki, Azərbaycan xalqı bundan razı olsun. Biz bunu elə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Biz bunu elə etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Alpər TURAN
banner

Oxşar Xəbərlər