26 komanda Disneydə yığışmaq istəyir
MLS klubları
çempionatın bərpası ilə bağlı plan cızırlar.
Kaspi.az xəbər
verir ki, 26 komanda Orlandoda toplaşmağı və Disney idman kompleksində oynamağı
planlaşdırır. Əgər bu variant reallaşsa, qarşılaşmalar azarkeşlərsiz keçiriləcək.
26 komandanın təxminən
1000 nəfərdən ibarət olacaq personalın
"Walt Disney World” kurort şəhərciyində məskunlaşdırılması
planlaşdırılır.
Komandalar məşq və qarşılaşmaları əsasən "ESPN UAYD
Uorld of Sports” arenasında keçirəcəklər. Disneyə məxsus olan ESPN kompaniyası MLS-in partnyorlarından
biridir.