• cümə axşamı, 25 aprel, 13:58
  • Baku Bakı 23°C

24 yaşayış məntəqəsində su problemi həll ediləcək

12.08.20 12:38 732
24 yaşayış məntəqəsində su problemi həll ediləcək
Prezident İlham Əliyev "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.
Sərəncama əsasən,"Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə əhalisi 65 122 nəfər olan 15 rayonun 24 yaşayış məntəqəsindəəkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 24 ədəd subartezian quyusunun qazılmasını təmin etmək tapşırılıb.
Bu Sərəncamdagöstərilən məqsədlər üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 756 min manat ayrılıb.
banner

Oxşar Xəbərlər