• çərşənbə, 24 Aprel, 00:32
  • Baku Bakı 14°C

22 yaşlı qız zəhərlənib

21.08.13 08:12 3731
22 yaşlı qız zəhərlənib
Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, avqustun 20-dən 21-ə keçən gecə rayonun Yuxarı Tala kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədova Gözəl Ziyavəddin qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub.
G. Məmmədovaya ilkin yardım edilərək, reanimasiya şöbəsinə yerləşdirilib.
Araşdırma zamanı məlum olub ki, G. Məmmədova 30-dan çox həb qəbul edib.
Onun həbləri intihar məqsədilə qəbul edib-etmədiyi hüquq-mühafizə orqanlarının araşdırmalarından sonra məlum olacaq.
banner

Oxşar Xəbərlər