• cümə, 19 Aprel, 13:47
  • Baku Bakı 25°C

219 uşağı əməliyyat etdirdi

25.12.19 11:18 554
219 uşağı əməliyyat etdirdi
"Arsenal”ın futbolçusu Məsut Özil daha bir xeyirxah addım atıb.
Kaspi.az xəbər verir ki, Özil təcili əməliyyata ehtiyacı olan 219 uşağın bütün xərclərini öz üzərinə götürüb. Futbolçu bildirib ki, bu, son hədd deyil:
"219 əməliyyat edildi. Amma qarşıda hələ çox iş var. Toydan əvvəl Əminə ilə elan etmişdik ki, bizə hədiyyə edilən bütün vəsaiti xeyriyyə işlərinə sərf edəcəyik.
Bu vəsait bütün dünyada əməliyyata ehtiyacı olan 1000 uşağa sərf olunacaq. Toya gələn bütün qonaqlara təşəkkür edirəm. Tibbi personala xüsusi təşəkkürümü çatdırıram. Bu, başlanğıcdır. 2020-ci ildə bir yerdə köməyə ehtiyacı olan yüzlərlə uşağa yardım edəcəyik”.
Əminə ilə Özilin toy mərasimi iyunun 7-də İstanbulda olub.
banner

Oxşar Xəbərlər