• cümə axşamı, 18 aprel, 22:07
  • Baku Bakı 21°C

2030-cu ilədək elektron tullantıların həcmi iki dəfə arta bilər

04.07.20 09:15 586
2030-cu ilədək elektron tullantıların həcmi iki dəfə arta bilər
Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) yeni hesabatına əsasən, 2019-cu ildə 53,6 milyon ton kompüter, noutbuk, mobil telefon, televizor, soyuducu və başqa məişət elektronikası zibilliyə atılıb. Bu, 5 il əvvəllə müqayisədə 21 faiz daha çoxdur.
AZƏRTACxarici KİV-lərə istinadla xəbər verir ki, 2030-cu ilədək elektron tullantıların həcmi 74 milyon tona yaxınlaşa, yəni 16 ildə 2 dəfə arta bilər.
"Son 5 ildə elektron tullantıların həcmi dünya əhalisinin sayından üç dəfə daha sürətli artır", – deyə ITU-nun nümayəndəsi Dorin Boqdan-Martin bildirib. O qeyd edib ki, elektron zibillərdən formalaşmış dağlar – bu, dördüncü sənaye inqilabının nəticəsidir.
Beynəlxalq Telekommunikasiya İttifaqının mütəxəssisləri elektron tullantıların ətraf mühitə və insanların sağlamlığına ciddi təhlükə yaratdığı barədə xəbərdarlıq ediblər. Zibilliyə atılmış bir çox qurğularda insanın beyninə və ya koordinasiya sisteminə mənfi təsir edən zəhərli elementlər və ya təhlükəli maddələr var.
Hazırda elektron tullantıların yalnız 17,4 faizi rəsmi olaraq insan üçün təhlükəsiz şəraitdə emal edilir. Digər avadanlıqlar zibilliklərə tullanılır. Həmin texnikaların tərkibində qızıl, gümüş, mis, platin və digər bahalı materiallar var. Onların ümumi qiyməti 57 milyard dollar məbləğində qiymətləndirilir ki, bu da əksər ölkələrin ümumi daxili məhsulundan çoxdur.
banner

Oxşar Xəbərlər