AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

2022-ci ilə qədər “Real”a keçməyəcək

2022-ci ilə qədər “Real”a keçməyəcək

İdman
19 May 2020, 11:36 267
Dortmund "Borussiya”sının futbolçusu  Erlinq Hollanın "Real”a transferi baş tutmayacaq. 
 
Kaspi.az xəbər verir ki, Hollan "Borussiya”da qalmağa üstünlük verib. Onun "kral klubu”na 2022-ci ildən tez keçməyəcəyi bildirilir. 
 
Məlumata görə, Dortmund klubunun rəhbərliyi 19 yaşlı hücumçunun agenti Mino Rayola ilə razılıq əldə edib. Hollan ən azı 2022-ci ili n yayına qədər "Borussiya”da oynayacaq. 
 
Onun klubla müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub. Hollan "Borussiya”ya bu ilin qışında keçib. O, 12 oyunda 13 qol vurub.