• çərşənbə axşamı, 19 mart, 06:15
  • Baku Bakı 8°C

"Elberg" zavodunun açılışı oldu

22.04.21 18:15 1045
"Elberg" zavodunun açılışı oldu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 20-də Hacıqabul Sənaye Məhəlləsində "Elberg” Maşınqayırma Zavodunun açılışında iştirak edib.
Hacıqabul Sənaye Məhəlləsində yeni fəaliyyətə başlayan "Elberg” maşınqayırma zavodu ölkədə tikinti materiallarının istehsalı zavodunu quracaq və onların avadanlıqlarını istehsal edəcək. Zavodun əsas perspektiv hədəfi öz sektorunda idxalı əvəz etmək və ixrac potensialını artırmaqdan ibarətdir.
"Elberg” Maşınqayırma Zavodunun rəhbəri Elxan Bəşirov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi və eyni zamanda bildirdi ki, bu zavodun qurulmasında şirkətimiz İqtisadiyyat Nazirliyindən İnvestisiya Təşviqi sənədi almışdır.
Daha sonra Elxan Bəşirov "Elberg” maşınqayırma zavodu haqqında Cənab Prezident İlham Əliyevə geniş məlumat verdi. Bildirildi ki,"Elberg” maşınqayırma zavodunda quraşdırılan müasir avadanlıqlar hesabına burada istehsal olunacaqavadanlıqlar yüksək keyfiyyəti ilə seçiləcək. Zavodun əsas fəaliyyət istiqaməti tikinti materiallarının istehsalı zavodlarının layihələndirilməsi və onların əsasında avadanlıqların istehsalı, zavodların açar təslimi kimi fəaliyyətləri özündə cəmləşdirir. Zavodun ümumi ərazisi 5 000 kvadrat metr olmaqla 100-dən çox işçi fəaliyyət göstərəcəkdir. Zavodda quraşdırılan dəzgahlar Avropa. Yaponiya və Türkiyə istehsalıdır, Zavodun müvafiq infrastrukturla təmini Hacıqabul Sənaye Məhəlləsinə aiddir.
Bu sənaye məhəlləsinin zavodumuzun fəaliyyətinə dəstəyi üçün zavodun rəhbəri Elxan Bəşirov Cənab Prezident İlham Əliyevə öz təşəkkürünü bildirmişdir.
Prezident İlham Əliyevə şirkətin hazırda icra edilməkdə olan və perspektiv layihələri barədə məlumat verildi. Bildirildi ki, gips lövhə zavodu artıq istifadəyə verilib, daş yunu zavodu isə 2022-ci il də istifadəyə veriləcək. Perspektiv layihələrdə isə illik istehsal gücü 300 min ton olan zənginləşdirilmiş kvars qum zavodunun və illik istehsal gücü 200 min kubmetr olan yüngül bloklar zavodunun tikilməsi nəzərdə tutulur. Qarabağ regionunda, işğaldan azad olunmuş ərazilərdə tikinti materialları istehsalı sahəsi üzrə yeni zavodun tikilməsi planlaşdırılır. Bu zavodların yaradılmasına ümumilikdə 90 milyon manat investisiya qoyulacaq və dövlətin güzəştli kreditlərindən də istifadə olunacaq. Zavodların yaradılması nəticəsində 1 000-ə yaxın daimi iş yeri açılacaq.
Onu da qeyd edə bilərik ki, "Elberg” Maşınqayırma Zavodu artıq "Mətanət A” şirkətinə yeniquru inşaat qarışıqları istehsalı zavodunun tikilməsi üçün müqavilə bağlanmışdır.
Dövlət başçısı "Elberg” maşınqayırma zavodunu işə saldı.
banner

Oxşar Xəbərlər