• cümə, 29 Mart, 12:56
  • Baku Bakı 14°C

Ermənistan prezidenti müxalifət lideri ilə görüşüb

02.03.21 17:15 953
Ermənistan prezidenti müxalifət lideri ilə görüşüb
Ermənistan prezidentiArmen Sarkisyanla müxalif İşıqlı Ermənistan Partiyasının sədri, deputatEdmon Marukyanarasında görüş olub.
"Report”"Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu E.Marukyan feysbuk səhifəsində yazıb.
Görüşdə növbədənkənar parlament seçkilərinin keçirilməsi müzakirə edilib.
Müaxlifət partiyasının lideri parlamentin binasında jurnalistlərə bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan ona zəng edib: "Baş nazir görüşüb, növbədənkənar parlament seçkilərini və ölkədəki vəziyyəti müzakirə etməyi təklif etdi. Ola bilsin, biz sabah (martın 3-də - red.) görüşəcəyik. Onda biz təklifləri müzakirə edərik. Nəticəni biləcəksiniz”.
Onun sözlərinə görə, müzakirə zamanı növbədənkənar seçkilərin keçirilməsi haqqında razılıq əldə etsələr, onda seçki təxirə salmadan keçirilməlidir. O, N.Paşinyandan martın 1-də mitinqdə bəyan etdiklərinin təsdiqini tələb edəcəyini söyləyib.
Qeyd edək ki, N.Paşinyan martın 1-də tərəfdarları ilə birlikdə keçirdiyi mitinqdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyanın keçmiş prezident Serj Sarqsyanın tapşırıqlarını yerinə yetirdiyini bildirmişdi.
Xatırladaq ki, Ermənistan parlamenti 132 deputatdan ibarətdir. Onların 83-ü hökumətyönümlüdür. 24-ü "Çiçəklənən Ermənistan", 17-si isə "İşıqlı Ermənistan" fraksiyasının üzvləridir. 8 deputat isə bitərəfdir.
banner

Oxşar Xəbərlər