• cümə, 29 Mart, 15:42
  • Baku Bakı 14°C

Təhsil naziri valideynlərə müraciət edib

05.12.20 20:40 439
Təhsil naziri valideynlərə müraciət edib
"Valideynlər elə düşünür ki, uşaqlar nə qədər çox oxusalar, bir o qədər yaxşıdır. Bəzi hallarda uşaqları lazımsız yükləyirlər, repetitor yanına göndərirlər. Bəlkə də, uşaq özü boş qalsa, daha çox öyrənər. Əslində öyrənmə başadüşmə ilə bağlıdır".
"Report"xəbər verir ki, bunu təhsil naziriEmin Əmrullayevşagirdlərin ev tapşırıqlarının çox olması ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.
"Bir şeyi çox tez və yaxud çox çətin, uzun yol ilə öyrətmək olar. Bu artıq müəllimlərin bacarığından asılıdır. Bizim tədrisin məzmunu ilə bağlı böyük müzakirələrə ehtiyacımız var. Məktəbi yükləməyimizdə əsas səbəb odur ki, çox hallarda uşaqlardan soruşmadan məzmun yazılır. Öyrənmə həm də əyləncə formasında olmalıdır. Xüsusilə də aşağı yaşlarda ki, motivasiya olsun. Bu formatlara keçmək daha çox müəllimlə bağlıdır", - o vurğulayıb.
banner

Oxşar Xəbərlər