• cümə, 29 Mart, 04:05
  • Baku Bakı 7°C

Sabahın hava proqnozu

30.11.20 14:15 373
Sabahın hava proqnozu
Dekabrın 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
ETSN-nin Milli Hidrometeorologiya XidmətindənAPA-ya verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 9-11dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.

Sabah Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-5, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən dekabrın 1-2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
banner

Oxşar Xəbərlər