
Bakıda iki nəfəri avtomobil vurub
Kriminal
27 Noyabr 2020, 10:00
219
Bakının Sabunçu və Nizami rayonlarında yol-nəqliyyat hadisələri zamanı iki nəfər xəsarət alıb.
Yaralılar xəstəxənaya yerləşdirilib.
APA xəbər verir ki, Bakıxanov qəsəbəsində yolu keçən 1990-cı il təvəllüdlü Məmmədov Cəlil Səttar oğlunu avtomobil vurib.
Daha bir hadisə isə Nizami rayonu Elşən Süleymanov küçəsində baş verib. Belə ki, 1990-cı il təvəllüdlü Həsənova Aysel Firdovsi qızını nəqliyyat vasitəsi vurub.Yaralılar xəstəxənaya yerləşdirilib.
Digər xəbərlər