• cümə, 26 Aprel, 17:27
  • Baku Bakı 23°C

Azərbaycan nefti bahalaşıb

23.09.20 13:22 438
Azərbaycan nefti bahalaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 22-də 42,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,67 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 41,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,67 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 40,58 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,81 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 41,07 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,75 dollar/barel çoxdur.
banner

Oxşar Xəbərlər