• cümə axşamı, 25 aprel, 13:15
  • Baku Bakı 23°C

Azərbaycan Prezidenti vyetnamlı həmkarını təbrik edib

01.09.20 15:51 717
Azərbaycan Prezidenti vyetnamlı həmkarını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının müstəqilliyinin 75-ci ildönümü münasibətilə bu ölkənin Prezidenti Nquyen Fu Çonqa təbrik məktubu göndərib.
Məktubda Azərbaycan ilə Vyetnam arasındakı əlaqələrin zəngin tarixə və xoş ənənələrə malik olduğu bildirilib. Qeyd edilib ki, genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, qarşılıqlı faydalı əməkdaşlığımız ikitərəfli münasibətlərimizin dinamik inkişafını şərtləndirən amillərdəndir.
Dövlətimizin başçısı inandığını bildirib ki, dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi bütün sahələrdə əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün möhkəm zəmin olacaq.
Prezident İlham Əliyev Prezident Nquyen Fu Çonqa cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, dost Vyetnam xalqına daim firavanlıq və rifah diləyib.
banner

Oxşar Xəbərlər