• cümə, 29 Mart, 19:33
  • Baku Bakı 14°C

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası yeni üzvlər qəbul edib

27.08.20 12:31 527
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası yeni üzvlər qəbul edib
Avqustun 26 da Azərbaycan Turizm Agentlikləri Assosiasiyası quruma üzv olmaq istəyən namizədlərin üzvlük müraciətlərinə baxıb.

İdarə Heyəti tərəfindən təşkil olunan görüşdə yeni namizədlərin iş fəaliyyəti, onların Azərbaycan turizm bazarında nüfuzu, şirkətlərin müştəri məmnunluğunun səviyyəsi müzakirə edilib və rəylər dinlənilib.

Müzakirələr zamanı assosiasiyanın əsas götürdüyü keyfiyyət meyarlarına cavab verən 27 turizm şirkəti quruma üzv qəbul edilib. Bununlada quruma üzv olan turizm şirkətlərinin sayı 77 olub.

Assosiasiyanın standartlarına cavab vermədiyi üçün 3 turizm şirkətinin üzvlüyü təmin olunmayıb. 5 şirkətin isə sənədlərinin və fəaliyyətinin daha sıx araşdırılmasına ehtiyac yarandığı üçün üzvlüyə qəbul olunması daha sonrakı seçimlərə saxlanılıb.

Görüşdə çıxış edən Azərbaycan Turizm Agentlkləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev pandemiya dövründə turizm sektorunun ən çox ziyan gördüyünü, bu sahənin ağır günlər yaşadığını deyib. Aprel ayından etibarən turizm şirkətlərinin fəaliyyət göstərmədiyini qeyd edən sədr, hazırda qarşıda duran əsas məqsədin turizm bazarında aparıcı rol oynayan agentiklərin fəlaiyyətinin bərpa edilməsi olduğunu bildirib.
banner

Oxşar Xəbərlər