• cümə, 29 Mart, 18:07
  • Baku Bakı 14°C

Gürcüstanda ərzaq məhsullarının qiyməti artıb

03.08.20 16:00 858
Gürcüstanda ərzaq məhsullarının qiyməti artıb
İyul ayında Gürcüstanda ərzaq məhsullarının qiymətində artım qeydə alınıb.
AZƏRTACxəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.
Bildirilir ki, iyulda Gürcüstanda illik inflyasiya 5,7 faiz təşkil edib. İstehlak mallarının qiymətləri indeksində aylıq müqayisədə 0,5 faiz azalma olub. İllik inflyasiya ilə müqayisədə ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 11,5 faiz, alkoqollu içkilər və tütün məmulatlarının qiyməti 9 faiz artıb. Geyim və ayaqqabıların qiymətində isə 4 faiz azalma olub.
banner

Oxşar Xəbərlər