• şənbə, 20 Aprel, 03:30
  • Baku Bakı 15°C

Didye Droqba Fransada son 20 ilin ən yaxşı futbolçusu seçilib

10.05.20 10:30 651
Didye Droqba Fransada son 20 ilin ən yaxşı futbolçusu seçilib
Liqa 1-in saytı Fransa çempionatında son 20 ilin ən yaxşı hücumçusunu müəyyənləşdirmək üçün azarkeşlər arasında sorğu keçirib.
AZƏRTACxəbər verir ki, sorğunun nəticəsinə əsasən, Didye Droqba birinci olub. O, finalda Zlatan İbrahimoviçi üstələyib. Fil Dişi Sahilindən olan keçmiş hücumçu finala gedən yolda Aleksander Frey, Kərim Benzema və Pedru Pauletunu qabaqlayıb.
Qeyd edək ki, Droqba Fransada "Le-Man", "Qenqam" və "Marsel" klublarında oynayıb.
banner

Oxşar Xəbərlər