• cümə, 19 Aprel, 08:29
  • Baku Bakı 13°C

Azərbaycan nefti bahalaşdı

06.05.20 12:51 607
Azərbaycan nefti bahalaşdı
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 5-də 29,54 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 5,43 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 28,49 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 5,54 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 27,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,84 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 23,84 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 4,52 dollar/barel çoxdur.
banner

Oxşar Xəbərlər