• cümə, 26 Aprel, 22:39
  • Baku Bakı 22°C

İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı dəyişib

26.03.20 20:36 1373
İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı dəyişib
Nazirlər Kabineti "İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nda dəyişiklik edib.
APA-nın məlumatına görə, qərara əsasən, aprel – iyun aylarındaGəncə və Naftalan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər və Kəlbəcər rayonlarında tətbiqi nəzərdə tutulan icbari tibbi sığortanın müddəti dəyişdirilib.
Bu ərazilərlə icbari tibbi sığortanın tətbiqi iyul – sentyabr aylarına təxirə salınıb.
banner

Oxşar Xəbərlər