• şənbə, 20 Aprel, 04:53
  • Baku Bakı 15°C

2020-ci ilədək KOS-un ÜDM-də xüsusi çəkisinin 15 faizdən yuxarı olması nəzərdə tutulur

26.03.17 14:24 865
2020-ci ilədək KOS-un ÜDM-də xüsusi çəkisinin 15 faizdən yuxarı olması nəzərdə tutulur
Vergi xidməti büdcə gəlirləri üzrə fiskal funksiya ilə yanaşı, sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməklə əlverişli iqtisadi mühitin formalaşmasında tənzimləyici rola malikdir.
AZƏRTAC"vergilər.az” saytına istinadla bildirir ki, bunu Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin baş direktoru Natiq Şirinov deyib.
N.Şirinov qeyd edib ki, yeni hazırlanan iqtisadi inkişaf modeli adekvat vergi islahatlarının həyata keçirilməsini zəruri edir və bu sahədə kiçik və orta sahibkarlığın (KOS) rolu mühüm əhəmiyyətə malikdir.
Onun sözlərinə görə, 2020-ci ilədək strateji baxışda KOS-un ÜDM və məşğulluqdakı payının artırılması, ÜDM-də xüsusi çəkisinin 15 faiz, məşğulluqda isə 20 faizdən yuxarı olması nəzərdə tutulur. 2025-ci ildən sonrakı dövr üçün hədəf ÜDM-in ən azı 60 faizinin KOS hesabına təmin edilməsidir.
N.Şirinov vurğulayıb ki, yeni administrativ yanaşmada KOS subyektlərinə münasibət yoxlamaların risk dərəcəsi əsasında aparılması, sayının optimallaşdırılması, elektron yoxlama metodunun tətbiqi, əmək haqlarının və dövriyyələrin leqallaşdırılmasının təşviq edilməsi və verginin stimullaşdırıcı rolunun önə çəkilməsindən ibarətdir.
banner

Oxşar Xəbərlər