• cümə, 29 Mart, 16:22
  • Baku Bakı 14°C

2020-ci ildə Kazan Birinci MDB ölkələri Oyunlarına ev sahibliyi edəcək

05.10.19 19:15 725
2020-ci ildə Kazan Birinci MDB ölkələri Oyunlarına ev sahibliyi edəcək
Oktyabrın 11-də Aşqabadda Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının iclası keçiriləcək. Həmin iclasdan əvvəl Xarici İşlər Nazirləri Şurasının iclası olacaq.
AZƏRTACxəbər verir ki, xarici siyasət idarələri başçılarının müzakirə edəcəyi məsələlərdən biri də Birinci MDB ölkələri Oyunlarının təşkili məsələsi olacaq. Həmin Oyunların 2020-ci ildə Kazanda keçirilməsi planlaşdırılır.
Gələn il avqustun 20-dən 27-dək keçiriləcək Oyunlarda Azərbaycan, Türkmənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Ermənistan, Özbəkistan və ola bilsin Ukraynadan olan 2000-dən çox idmançı iştirak edəcək. Onlar cüdo, sambo, çimərlik voleybolu, çimərlik həndbolu, minifutbol, boks, tayboks, şahmat, idman rəqsləri, qılıncoynatma, karate, daşqaldırma idmanı, armrestlinq və mas-restlinq, yüngül atletika, basketbol (3x3), idman güləşi və qurşaq güləşi yarışlarında qələbə uğrunda mübarizə aparacaqlar.
Yarışlara başqa ölkələri də dəvət etməyin mümkünlüyü məsələsi nəzərdən keçiriləcək. Bu, yarışların formatını genişləndirər. Birlik Oyunları iki ildə bir dəfə - Olimpiya ilində keçiriləcək.
Oyunlar dövründə "İdman ərazisi” adlı MDB forumu və hər bir ölkənin ənənələrinin populyarlaşmasına şərait yaradacaq, iştirakçıları daha da yaxınlaşdıracaq müxtəlif mədəni tədbirlər keçirilməsi də nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər