Birjalarda neftin qiyməti

Birjalarda neftin qiyməti

İqtisadiyyat
06 Dekabr 2019, 14:00 399
Dünya birjalarında neftin qiyməti ucuzlaşır.
AZƏRTAC xəbər verir ki, Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 0,29 dollar geriləyərək 63,10 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Light” markalı neftin bir barrelinin qiyməti isə 0,19 dollar ucuzlaşaraq 58,24 dollar təşkil edib.