• cümə axşamı, 25 aprel, 12:10
  • Baku Bakı 23°C

Sabahın hava proqnozu açıqlanıb

06.12.19 13:45 442
Sabahın hava proqnozu açıqlanıb
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 7-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 10-13, Bakıda gecə 3-5, gündüz 10-12 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 773 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin Lənkəran-Astara zonasında yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
Tibbi-meteoroloji proqnoza görə, dekabrın 7-8-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
banner

Oxşar Xəbərlər