• cümə, 29 Mart, 15:55
  • Baku Bakı 14°C

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol”

21.10.19 09:06 560
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol”
"Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası oktyabrın 21-dən 25-dək paytaxt üzrə istismarına icazə verilmiş 5 binada ümumilikdə 764 mənzili əhatə edəcək.
Əmlak Məsələləri Dövlət Komitəsindən bildirilib ki, Prezident İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmana uyğun olaraq komitə səyyar qeydiyyat kampaniyalarını davam etdirir. Mənzillərin qeydiyyata alınmasını daha da intensivləşdirmək, eləcə də əhaliyə xidmətləri daha yaxın etmək məqsədilə səyyar aksiyalar davamlı olaraq vətəndaş ünvanlarında təşkil edilir.
İstismarına icazə verilmiş binalardakı mənzillərin qeydiyyatı üzrə hər həftə təşkil edilən kampaniya oktyabrın 21-dən 25-dək Nəsimi, Nərimanov və Binəqədi rayonlarında keçiriləcək. Beş bina üzrə göstərilən qeydiyyat xidmətləri ümumilikdə 764 mənzili əhatə edəcək.
Oktyabrın 21-də Nəsimi rayonu üzrə C.Səlimov küçəsi, 3004-cü məhəllədəki 16 mərtəbəli, 320 mənzilli binada başlayan kampaniya, oktyabrın 22-də 997 saylı məhəllə, Abbas Səhhət küçəsi, ev 25 ünvanındakı 12 mərtəbəli, 134 mənzilli binada davam edəcək. Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi 2 ünvanında 11 mərtəbəli, 86 mənzilli binanın sakinlərinə səyyar xidmətlər oktyabrın 23-də göstəriləcək. Kampaniya oktyabrın 24-də 6-cı mikrorayon, M.Kazımovski 82 ünvanında 12 mərtəbəli, 96 mənzilli binada, oktyabrın 25-də isə Nəsimi rayonu, Mərdanov qardaşları 59, 410-cu məhəllədəki 17 mərtəbəli, 128 mənzilli yaşayış binasında davam edəcək.
Mənzillərini dövlət qeydiyyatına almaq istəyən vətəndaşlar göstərilən tarixlərdə saat 09:00-dan 17:00-dək ilkin sənədlər ilə birgə müvafiq ünvanlardakı səyyar ofislərə yaxınlaşa bilərlər.
banner

Oxşar Xəbərlər