• cümə, 29 Mart, 19:22
  • Baku Bakı 14°C

ABŞ-ın neft ehtiyatları artır

10.10.19 14:45 816
ABŞ-ın neft ehtiyatları artır
Birləşmiş Ştatların xam neft ehtiyatları artmaqda davam edir.
AZƏRTACxəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 2,9 milyon barrel (0,7 faiz) artaraq 425,6 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların 1,4 milyon barrel artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 3,1 milyon barrel çoxalmışdı. Beləliklə ABŞ-ın neft ehtiyatları ardıcıl 4 həftədir artır.
ABŞ-ın strateji neft ehtiyatları isə 0,2 milyon barrel azalaraq 644,6 milyon barrel olub.
Ölkənin benzin ehtiyatları hesabat həftəsində 1,2 milyon barrel (0,5 faiz) geriləyərək 228,8 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 0,25 milyon barrel azalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 0,2 milyon barrel geriləmişdi.
banner

Oxşar Xəbərlər