AZE | RUS | ENG |

Deputat: Prezidentin kadr islahatları digər məmurlar üçün də bir mesajdır

Deputat: Prezidentin kadr islahatları digər məmurlar üçün də bir mesajdır
Azərbaycana yeni Baş Nazirin təyin olunması ölkədə yeni və uğurlu layihələrin reallaşmasına səbəb olacaq.
Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib.
Onun sözlərinə görə, sabiq Baş Nazir Novruz Məmmədov öz xahişi ilə vəzifəsindən istefa verib: "Novruz Məmmədov səmimi və yumşaq xasiyyətli insan idi. Amma Baş nazir şübhəsiz ki, temperamentli olmalıdır. Əli Əsədov kifayət qədər təcrübəli, iqtisadiyyatı bilən insandır. Düşünürəm ki, yeni Baş nazir kifayət qədər iqtisadi islahatlar proqramı həyata keçirməyə qadirdir. Baş nazirin iqtisadçı olması əsas məsələlərdəndir. Əli Əsədov bu postda daha mühüm islahatlar həyata keçirəcək, özü iqtisadi təşəbbüslər irəli sürəcək, iqtisadi proqramlar hazırlayıb dövlət başçısına təqdim edə biləcək".
T.Kərimli vurğulayıb ki, Prezidentin kadr islahatları digər məmurlar üçün də bir mesajdır: "Yeni Baş Nazirin təyinatı, eyni zamanda, bu sahədə kadr və struktur islahatları ilə də nəticələnə bilər. Ola bilər ki, müəyyən paralel strukturlar birləşdirilsin, yaxud daha operativ idarəetmə metodu yaradılsın. Ümumiyyətlə, Əli Əsədov Azərbaycanın, Bakının iqtisadi həyatında fəallıq gösətərən, təşəbbüskarlığı ilə fərqlənən şəxsdir. Hesab edirəm ki, Əli Əsədov uğurlu kadrdır, o Baş nazir postuna yeni nəfəs gətirəcək, yeni islahatlara imza atacaq".
Qeyd edək ki, Novruz Məmmədov Azərbaycanın Baş Naziri vəzifəsindən azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.
Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Hidayət oğlu Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsinə razılığın verilməsi barədə qərar qəbul edilib.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8752
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1433
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1733
CHF 1 1 İsveçrə frankı 1.7072
KWD 1 1 Küveyt dinarı 5.5963
TRY 1 1 Türkiyə lirəsi 0.2883