• cümə axşamı, 28 mart, 22:46
  • Baku Bakı 13°C

Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

08.10.19 15:45 784
Hökumətlərarası Komissiyanın iclası keçiriləcək
Oktyabrın 9-da Bakıda Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclası keçiriləcək.
Energetika NazirliyindənAZƏRTAC-a bildirilib ki, iclasda hökumətlərarası komissiyanın həmsədrləri, Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın Energetika naziri Kanat Bozumbayevin başçılıq etdikləri nümayəndə heyətləri iştirak edəcək.
Komissiyanın gündəliyinə iki ölkə arasında ticarət-iqtisadi, yanacaq-energetika, nəqliyyat, logistika, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və qida təhlükəsizliyi, əmək və əhalinin sosial müdafiəsi, miqrasiya, səhiyyə, mədəniyyət, turizm, təhsil, ətraf mühitin mühafizəsi, gənclər siyasəti, dövlət qulluğu, əqli mülkiyyət sahələrində əməkdaşlığa dair məsələlər daxil edilib. Tədbirdə hökumətlərarası komissiyanın ötən il oktyabrın 31-də Qazaxıstanda keçirilmiş 15-ci iclasının Protokolunda qeyd olunan müvafiq sahələr üzrə görülmüş işlər, ticarət-iqtisadiyyat sahəsində əlaqələrin hazırkı vəziyyəti nəzərdən keçiriləcək, növbəti addımlar müəyyənləşdiriləcək.
Gündəlikdəki məsələlərin müzakirəsindən sonra 16-cı iclasının yekunlarına dair Protokol imzalanacaq.
banner

Oxşar Xəbərlər