• şənbə, 20 Aprel, 18:14
  • Baku Bakı 24°C

Binə Ticarət Mərkəzində yanğın söndürülüb

08.10.19 09:07 745
Binə Ticarət Mərkəzində yanğın söndürülüb
8 oktyabr 2019-ci il saat 00:41-də Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Binə bazarında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.Saat 00:46-da ilk yanğın avtomobili hadisə yerinə çatıb. "3 saylı çağırış” elan edilib. Yanğının söndürülməsinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətindən 130 nəfər şəxsi heyət, 30 ədəd texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 37 nəfər şəxsi heyət, 5 ədəd texnika, Mülki müdafiə qoşunlarından 51 nəfər şəxsi heyət, 3 ədəd texnika cəlb olunub.
Yanğının saat 02:22-də məhdudlaşdırılıb və 02:46-da söndürülüb.
banner

Oxşar Xəbərlər