• cümə, 26 Aprel, 00:52
  • Baku Bakı 16°C

2019-cu ilin ən gəlirli filmləri məlum olub

27.04.20 11:45 918
2019-cu ilin ən gəlirli filmləri məlum olub
2019-cu ildə ən çox gəlir əldə edən filmlər bəlli olub. Siyahıya "Qisasçılar: Final” filmi başçılıq edir.
APAxəbər verir ki, bu barədə "Deadline” portalı məlumat yayıb.
Məlumata görə, ötən il franşizanın dördüncü hissəsi kinematoqrafçılara 890 milyon dollar qazandırıb. Mütəxəssislər öz hesablamalarında reklam xərclərini və xalis mənfəətə təsir göstərən digər göstəriciləri də nəzərə alıblar. Ekranəsərinin büdcəsi356milyon dollar təşkil edib.
İkinci yeri 559 milyon dollar gəlir əldə edən "Soyuq ürək – 2” cizgi filmi, üçüncü yeri isə 580 milyon dollar qazanan "Kral Şir” tutub.
Top-10-luqda, həmçinin "Coker”, "Kapitan Marvel”, "Oyuncaqların əhvalatı – 4”, "Ələddin”, "Hörümçək adam: Evdən uzaqda”, "Ulduz müharibələri: Skayuoker. Günəşin doğuşu” və "Cumanci: Yeni səviyyə” filmlərinin də adı keçir.
banner

Oxşar Xəbərlər