• cümə axşamı, 28 mart, 22:35
  • Baku Bakı 13°C

Dövlət Komitəsində görüş olub

13.12.17 15:50 2415
Dövlət Komitəsində görüş olub
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Böyük Britaniyanın ölkəmizdəki səfirinin köməkçisi Stefen MakKormik ilə görüşüb.
Görüşdə Dövlət Komitəsi sədrinin birinci müavini Azərbaycandakı tolerant və multikultural mühit barədə danışıb. Ölkəmizdəki tolerantlıq ənənələrini xalqımızın milli kökü ilə əlaqələndirən Səyyad Salahlı Azərbaycanda dini zəmində heç bir qarşıdurmanın baş vermədiyini, müxtəlif dini konfessiya nümayəndələrinə öz dillərini, mədəni dəyərlərini qoruyub saxlamaları, dini inanclarını rahat şəkildə yerinə yetirə bilmələri üçün lazımi şərait yaradıldığını vurğulayıb. O, Azərbaycanda müxtəlif dini konfessiyalara məxsus ibadət evlərinin tikintisi və bərpasının, onlara maddi yardım ayrılmasının artıq bir ənənə halını aldığını diqqətə çatdırıb.
Azərbaycandakı dinlərarası harmoniyadan məmnunluğunu ifadə edən Böyük Britaniyanın ölkəmizdəki səfirinin köməkçisi Stefen MakKormik ölkəmizin dini icmalar arasında tolerantlığın təşviqinə görə böyük hörmət qazandığını qeyd edib. Respublikamızın nümayiş etdirdiyi multikulturalizm və tolerantlıq modelinin ölkəsi tərəfindən alqışlandığını və bütün dünyaya gözəl bir örnək olduğunu bildirib.
Görüşdə, eyni zamanda, dini sahədə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olunub.
banner

Oxşar Xəbərlər