• cümə axşamı, 25 aprel, 23:32
  • Baku Bakı 21°C

Azərbaycan həm Türkmənistan, həm də İranla Xəzər dənizinin dibinin bölünməsini həyata keçirəcək

12.12.17 11:55 1394
Azərbaycan həm Türkmənistan, həm də İranla Xəzər dənizinin dibinin bölünməsini həyata keçirəcək
Azərbaycan həm Türkmənistan, həm də İranla ikitərəfli danışıqlar vasitəsilə Xəzər dənizinin dibinin bölünməsini həyata keçirəcək.
Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Nazir müavini qeyd edib: "Biz həm Türkmənistan, həm də İranla ikitərəfli danışıqlar vasitəsilə Xəzər dənizinin dibinin bölünməsini həyata keçirəcəyik".
X.Xələfov qeyd edib ki, gələn ilin birinci yarısında Qazaxıstanda prezident Nursultan Nazarbayevin təklifi ilə Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin keçirilməsi nəzərdə tutulur: "Sammitin tarixi dövlət başçıları ilə razılaşdırılacaq. Həmin dövrə qədər razılaşdırılmış konvensiya layihəsinin müvafiq olaraq ölkədaxili prosedurlar və digər normativ texniki proseslər keçməli olacaq".

banner

Oxşar Xəbərlər