• cümə axşamı, 25 aprel, 13:31
  • Baku Bakı 23°C

Sabaha olan hava proqnozu açıqlanıb

23.11.17 14:10 2522
Sabaha olan hava proqnozu açıqlanıb
Noyabrın 24-də Bakıda və Abşeron yarımadasındahavaşəraitinin buludlu olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər NazirliyindənAPA-ya bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 6-8° isti, gündüz 9-12° isti, Bakıda gecə 6-8° isti, gündüz 10-12° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.
Nazirlikdən bildirilib ki, noyabrın 24-25-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək.
Ölkə ərazisində də qeyri-sabithavaşəraiti noyabrın 25-i gündüzədək davam edəcək. Arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
banner

Oxşar Xəbərlər