• çərşənbə, 24 Aprel, 08:08
  • Baku Bakı 13°C

Prezident İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verib

13.11.17 12:20 789
Prezident İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verib
Azərbaycan prezidentiİlham Əliyevİran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndərib.
APA-nın məlumatına görə, məktubda deyilir: "Hörmətli cənab Prezident!
Ölkənizin qərbində baş vermiş güclüzəlzələnəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.
Allah rəhmət eləsin!"
Qeyd edək ki,zəlzələnəticəsində 200-dən artıq insan ölüb, 1700-dən çox insan yaralanıb.
banner

Oxşar Xəbərlər