• şənbə, 20 Aprel, 08:20
  • Baku Bakı 14°C

Şahmar Mövsümov: "ARDNF-dən büdcəyə ayırmalar makroiqtisadi və fiskal sabitliyi təmin edir"

07.11.17 16:00 924
Şahmar Mövsümov: "ARDNF-dən büdcəyə ayırmalar makroiqtisadi və fiskal sabitliyi təmin edir"
"Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) dövlət büdcəsinə ayırmaları ölkədə makroiqtisadi və fiskal sabitliyin təmin edilməsinə töhfəsini verir".
"APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov deyib.
Ş. Mövsümov bildirib ki, son illər maliyyə bazarlarına neftin qiymətinin kəskin azalması müşahidə edilir və nəticə etibarı ilə Azərbaycanın neft və qaz gəlirlərinin azalması artıq faktdır: "Amma Dövlət Neft Fondunun yaradılması ilə bağlı uzaqgörən siyasət artıq özünü qabarıq biruzə verir. Bildiyiniz kimi, bu gəlirlərin azalması şəraitində ARDNF-nin dövlət büdcəsinə ayırmaları tam və vaxtında icra edilir, bu da ölkədə makroiqtisadi və fiskal sabitliyin, dayanıqlığın təmin edilməsinə töhfəsini verir".
2018-ci ildə bir barel neftin qiymətinin orta hesabla 45 dollardan götürüldüyünü deyən Fond rəhbəri qeyd edib ki, bu hesablamalarla gələn il ARDNF-nin gəlirləri 10,7 mlrd. manat olacaq: "Bunun əsas gəlir mənbəyi dövlətin payına düşən mənfəət karbohidrogenlərinin satışından proqnozlaşdırılır. ARDNF-nin gələn il xərclərinin yuxarı həddinin 12 mlrd. manat olacağı proqnozlaşdırılır".
banner

Oxşar Xəbərlər