• cümə, 29 Mart, 14:27
  • Baku Bakı 14°C

“Jizel” baleti Vladivostokda Eldar Əliyevin quruluşunda təqdim ediləcək

14.10.17 09:15 2050
“Jizel” baleti Vladivostokda Eldar Əliyevin quruluşunda təqdim ediləcək
Oktyabrın 20-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsində Adolf Adanın "Jizel” baleti nümayiş etdiriləcək.
AZƏRTACteatrın saytına istinadla xəbər verir ki, səhnə əsərinin quruluşçu baletmeysteri Eldar Əliyevdir.
"Jizel” baletinin dünya premyerası 1841-ci ildə Parisdə olub. Əsər Primorsk səhnəsində ilk dəfə 2015-ci ildə nümayiş etdirilib.
Bakıda anadan olan E.Əliyev Bakı Xoreoqrafiya Məktəbini bitirib, 1979-1992-ci illərdə Mariya Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın "Ballet Internationale” truppasına rəhbərlik edib. Praqa, Seul, Nyu-York və Pekində keçirilən beynəlxalq balet müsabiqələrinin münsiflər heyətinə daxildir. E.Əliyev 2016-cı ildə Rusiya Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin olunub. O, həmçinin Çin Xalq Respublikası Şenyan Dövlət Konservatoriyasının fəxri professorudur.
banner

Oxşar Xəbərlər