• cümə, 26 Aprel, 02:08
  • Baku Bakı 16°C

Prezident: “Ermənistanın danışıqların imitasiyasının dayandırılması üçün əlimdən gələni edirəm”

26.09.17 12:15 1472
Prezident: “Ermənistanın danışıqların imitasiyasının dayandırılması üçün əlimdən gələni edirəm”
Azərbaycan prezidentiİlham ƏliyevNATObaş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayı qəbul edib.

APA-nın məlumatına görə, C. AppaturayNATOadından ölkəmizin bu təşkilatla etibarlı tərəfdaşlıq həyata keçirməsinə görə minnətdarlığını ifadə edib.

C. Appaturay Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyaya verdiyi böyük töhfəyə görə də təşəkkürünü bildirib.

Prezidentİlham Əliyevölkəmizin Əfqanıstanda beynəlxalq sülhməramlı əməliyyatların dəstəklənməsi işinə sadiq olduğunu vurğulayaraq bildirib ki, Azərbaycan təkcəNATOilə əməkdaşlıq çərçivəsində deyil, eyni zamanda, Əfqanıstanla müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq, o cümlədən iqtisadi və investisiya sahələrində əlaqələr həyata keçirir.

Görüşdə Azərbaycan-NATOəməkdaşlığından məmnunluq ifadə olunub, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Söhbət zamanı prezidentİlham ƏliyevErmənistan tərəfinin danışıqların imitasiyası ilə məşğul olduğunu deyib və bu prosesin dayandırılması üçün əlindən gələni etdiyini bildirib.
banner

Oxşar Xəbərlər